...

“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşıb

İdman Materials 28 Avqust 2024 01:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, üç qarşılaşmada cütün qalibi bəlli olub.

Liqa mərhələsinə vəsiqələrin sahibləri Avstriya, Türkiyə və Çexiyada dəqiqləşib. Səfərdə “Yanq Boyz”a uduzan “Qalatasaray” İstanbulda revanş ala bilməyib. İsveçrə çempionu 1:0 hesabı ilə qələbə qazanıb (ümumi hesab 2:3).

"Zalsburq" Kiyev "Dinamo"sunu (ümumi hesab 3:1), "Sparta" isə "Malmö"nü mübarizədən kənarlaşdırıb (ümumi hesab 4:0).

Qeyd edək ki, pley-offa avqustun 28-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti