Bakı. Trend:
Bu gün İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı start götürəcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.
5 pəhləvanımız xalça üzərinə çıxacaq.
U-20 dünya çempionatı
Yunan-Roma güləş
5️5 kq
Təsnifat mərhələsi
Rahim Həsənov ilk görüşdə çexiyalı Filip Bartoşiki sınağa
çəkəcək.
6️3 kq
Təsnifat mərhələsi
Məhəmməd Şükürzadə ilk olaraq serbiyalı Hristo Valentinovdan üstün
olmağa çalışacaq.
77 kq
Təsnifat mərhələsi
Təsnifat mərhələsində mübarizəyə başlayacaq Davud Məmmədov
moldovalı Aleksandru Soloveu ilə üz-üzə gələcək.
87 kq
1/8 final
Serbiyalı Andriya Mihayloviçlə braziliyalı Kauan Luiz cütünün
qalibi 1/8 finalda Cocu Səmədova rəqib olacaq.
130 kq
1/8 final
Məzaim Mərdənov ilk olaraq Serbiyanı təmsil edən Marko Supiçlə
qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunacaq. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.