Bakı. Trend:
İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatının 3-cü günündə yunan-Roma güləşi üzrə mübarizə yekunlaşlb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu növdə millimizin 2 bürünc medal qazanmaq şansı qalıb.
Tural Əhmədov (60 kq) və Ruslan Nurullayev (72 kq) millimizə növbəti medalları qazandırmağa çalışıb.
U-20 dünya çempionatı
Yunan-Roma güləşi
60 kq
Bu gün qatıldığı təsəlliverici görüşdə polşalı Dominik Partikaya
qalib gələn Tural Əhmədov bürünc medal uğrunda güləşəcək. Onun
rəqibi Neytral Bayraq altında çıxış edən rusiyalı Papik Dzavadiyan
olub. İdmançımız 0:2 hesabı ilə uduzaraq, çempionatı medalsız başa
vurub.
72 kq
Bürünc medal
Ruslan Nurullayevin medal uğrunda görüşdə rəqibi Venhao Hu (Çin)
ilə qarşılaşıb. 6:5 hesabı ilə qalib gələn güləşçimiz dünya
çempionatının bürünc medalını qazanıb.
Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi yığmasının heyətində Cocu Səmədov (87 kq) gümüş medala sahib çıxıb.