...

Qeyri-etik jestə görə 4 oyun cəza

İdman Materials 11 Sentyabr 2024 21:00 (UTC +04:00)
Qeyri-etik jestə görə 4 oyun cəza

Bakı. Trend:

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, toplantında II və aşağı liqalarda baş verən hadisələr müzakirə olunub.

İntizam Komitəsinin qərarları

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Lerik” – “Sheki City” oyununda “Lerik” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” komandası 70 manat cərimə edilir (maddə 37);

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Lerik” – “Sheki City” oyununun 67-ci dəqiqəsində “Lerik” komandasının 11 nömrəli futbolçusu Vasif Fərəcov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Lerik” komandası 50 manat cərimə edilir (maddə 36.5);

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Lerik” – “Sheki City” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Lerik” komandası 50 manat cərimə edilir (maddə 70.1);

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Füzuli” – “Qusar” oyununun 74-cü dəqiqəsində “Qusar” komandasının 11 nömrəli futbolçusu Sərxan Ağayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qusar” komandası 50 manat cərimə edilir (maddə 36.5);

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Şimal” – “Ağdaş” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şimal” komandası 70 manat cərimə edilir (maddə 37);

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Şəmkir” – “Hypers Guba” oyunu bitdikdən sonra “Şəmkir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Şəmkir” klubu 80 manat cərimə edilir (maddə 52.1);

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Şəmkir” – “Hypers Guba” oyununda “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” klubu 150 manat cərimə edilir (maddə 52.2);

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Şəmkir” – “Hypers Guba” oyununun 60-cı dəqiqəsində “Hypers Guba” komandasının 44 nömrəli futbolçusu Rəhim Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Hypers Guba” komandası 80 manat cərimə edilir (maddə 41);

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Şəmkir” – “Hypers Guba” oyununun 75-ci dəqiqəsində “Hypers Guba” komandasının 77 nömrəli futbolçusu Nicat Oruclu ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanır, “Hypers Guba” komandası 350 manat cərimə edilir (maddə 43.5);

9 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Saatlı-Araz” – “Göygöl” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Saatlı-Araz” komandası 80 manat cərimə edilir (maddə 51.2);

9 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Saatlı-Araz” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilir (maddə 37);

9 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Saatlı-Araz” – “Göygöl” oyununun 83-cü dəqiqəsində “Göygöl” komandasının 32 nömrəli futbolçusu Elşən Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Göygöl” komandası 50 manat cərimə edilir (maddə 36.5);

9 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Kür-Araz” – “Şahdağ Qusar” oyunu “Kür-Araz” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 150 manat cərimə edilir (maddə 60.4);

8 sentyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” PFK – “Araz Naxçıvan” PFK oyununda “Kəpəz” PFK komandasının heyətində 88 nömrəli futbolçu Amur Yusifov qarşılaşmanın 77-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

9 sentyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Səbail” PFK – “Neftçi” PFK oyununda “Səbail” PFK komandasının heyətində 7 nömrəli futbolçu Elmar Məmmədov qarşılaşmanın 86-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.1)

7 sentyabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Vətən İOEUGFMPHŞ” – “Qəbələ” İK oyununda “Qəbələ” İK komandasının heyətində 11 nömrəli futbolçu Ömər Yusubov qarşılaşmanın 65-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

8 sentyabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Araz Naxçıvan” PFK – “Sabah” FK oyununda “Araz Naxçıvan” PFK komandasının heyətində 2 nömrəli futbolçu Zakir Vəliyev qarşılaşmanın 72-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

8 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən ASTA FK – “Kəpəz” PFK oyununda ASTA FK komandasının heyətində 11 nömrəli futbolçu İlkin Əhmədov qarşılaşmanın 90+5-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

8 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən ASTA FK – “Kəpəz” PFK oyununda ASTA FK komandasının heyətində 19 nömrəli futbolçu Əli Ələkbərovun qarşılaşmanın 90+3-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

7 sentyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən ASTA FK – “Səbail” PFK oyununda ASTA FK komandasının heyətində 7 nömrəli futbolçu Nihad Nəhmətli qarşılaşmanın 71-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.1)

Qeyd edək ki, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.

Xəbər lenti

Xəbər lenti