...

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan Yunanıstan və İsveçrəyə qarşı

İdman Materials 20 Sentyabr 2024 09:50 (UTC +04:00)
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan Yunanıstan və İsveçrəyə qarşı

Bakı. Trend:

Budapeştdə keçirilən 45-ci Şahmat Olimpiyadası davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün IX turun oyunları keçiriləcək.

Kişilərdən ibarət komandamız Yunanıstanla üz-üzə gələcək. Yığmamız son olaraq İtaliya ilə xalları yarı bölüb (2:2). VIII turdan sonra 11 xalı olan komandamız 20-cidir.

Qadınlardan ibarət yığmamız isə İsveçrə ilə qarşılaşacaq. Seçmə kişi zəka sahiblərimiz kimi ötən turu İtaliya (2:2) ilə bərabərliklə bitirib. VIII turdan sonra 11 xalı olan qadın şahmatçılarımız 20-cidir.

Qeyd edək ki, heyətlər hələ bəlli deyil.

Xəbər lenti

Xəbər lenti