...

"Naxçıvan"ın baş məşqçisinin adı açıqlanıb

İdman Materials 20 Sentyabr 2024 20:48 (UTC +04:00)
"Naxçıvan"ın baş məşqçisinin adı açıqlanıb

Bakı. Trend:

Azərbaycan Basketbol Liqasının 2024/2025 mövsümündə "Naxçıvan"ın baş məşqçisinin adı dəqiqləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, komandaya Murat Dikmen rəhbərlik edəcək.

Ötən mövsümdə Liqada "Xəzri" kimi çıxış edən klubun adı "Naxçıvan"a dəyişib. Türkiyəli mütəxəssis məhz "Xəzri"yə başçılıq etdiyindən idman ictimaiyyətinə yaxşı tanışdır. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Komandada çıxış edən üç basketbolçu - Cordan Perkins, Rəsul Məmmədzadə və Yavər Abbasov klubla müqavilə müddətini uzadıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti