Bakı. Trend:
İngiltərə Premyer Liqasında 15-ci turun qarşılaşmaları keçirilməyə başlanılıb.
Trend xəbər verir ki, son çempion "Mançester Siti" növbəti dəfə xal itkisi ilə üzləşib. Ötən turda 4 məğlubiyyətdən sonra qələbə qazanan "şəhərlilər" bu dəfə "Kristal Pelas" qarşısında üstünlük əldə edə bilməyib. Gərgin keçən oyunda 4 qol vurulub və görüş 2:2 hesabı ilə yekunlaşıb.
Mançesterin digər təmsilçisi, "Mançester Yunayted", bu turu da məğlubiyyətlə başa vurub. Ruben Amorimin rəhbərlik etdiyi "qırmızı şeytanlar" ardıcıl ikinci oyunda uduzaraq "Nottingem Forest"ə məğlub olub.
Digər oyunlarda "Brentford" "Nyukasl"ı 4:2 hesabı ilə məğlub edərək əhəmiyyətli qələbə əldə edib.