...

Çempionlar Liqasında indiyədək ən çox xal qazanan komandalar məlum olub

İdman Materials 20 Fevral 2025 19:40 (UTC +04:00)
Çempionlar Liqasında indiyədək ən çox xal qazanan komandalar məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasında hazırkı formatın tətbiq edildiyi 1992-1993-cü illər mövsümündən indiyədək ən çox xal qazanan klubların reytinqi açıqlanıb.

Trend xarici KİV-lərə istinadən, siyahıya İspaniyanın “Real Madrid” komandası başçılıq edir. “Kral klubu”nun aktivində 655 xal var.

İkinci pillədə 602 xalla Almaniya “Bavariya”sı qərarlaşıb. İlk “üçlüy”ü İspaniyanın digər təmsilçisi “Barselona” tamamlayır – 597 xal.

Növbəti pillələrdə, müvafiq olaraq, İngiltərənin “Mançester Yunayted” (445), İtaliyanın “Yuventus” (399), İngiltərənin “Çelsi” (356) və Portuqaliyanın “Portu” (353) klubları yer alırlar.

İtaliya “Milan”ı (340) 8-ci, İngiltərənin “Arsenal” (327) və “Liverpul” (298) komandaları isə 9-10-cu yerləri tuturlar.

Qeyd edək ki, reytinq cədvəli təsnifat mərhələləri də daxil olmaqla bütün oyunlar nəzərə alınaraq hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti