...

“Kəpəz” “Zirə”yə qarşı

İdman Materials 26 Aprel 2025 09:14 (UTC +04:00)
“Kəpəz” “Zirə”yə qarşı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakış Trend:

Premyer Liqada 32-ci tur davam edir.

Trend xəbər verir ki, bu gün turun daha bir oyunu keçiriləcək.

“Kəpəz” Tovuzda “Zirə”ni qəbul edəcək. Gəncə klubu hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb. “Qartallar” isə 61 xalla turnir cədvəlində ikincidir.

Bugünkü matçda qələbə qazanacağı halda “Kəpəz” turnir cədvəlində bir pillə irəliləyəcək. “Zirə” isə səfərdə ən azı 1 xal qazansa, həm medalçılar sırasında olmağı, həm də avrokuboklara vəsiqəni təmin edəcək.

Cari mövsüm bu komandaların qarşıdurmasında “Zirə”nin aşkar üstünlüyü var. Rəşad Sadıqovun komandası rəqibini 4, 3 və 2 cavabsız qolla üstələyib.

26 aprel

19:00. “Kəpəz” - “Zirə”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Tovuz şəhər stadionu

27 aprel

17:30. “Səbail” - “Araz-Naxçıvan”

20:00. “Sabah” - “Qarabağ”

28 aprel

20:00. “Sumqayıt” - “Neftçi”

25 aprel

“Turan Tovuz” - “Şamaxı” - 1:1

Xəbər lenti

Xəbər lenti