...

Antonio Rüdiger 6 oyunluq cəza alıb

İdman Materials 30 Aprel 2025 02:03 (UTC +04:00)
Antonio Rüdiger 6 oyunluq cəza alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Real Madrid”in müdafiəçisi Antonio Rüdigeri 6 oyunluq diskvalifikasiya edib.

Trend xəbər verir ki, cəza, alman futbolçunun İspaniya kubokunun finalında hakimə qarşı göstərdiyi kobud davranışa görə verilib.

32 yaşlı müdafiəçi La Liqada mövsümün qalan 5 matçında — "Selta", "Barselona", "Malyorka", "Sevilya" və "Real Sosyedad" qarşılaşmalarında iştirak edə bilməyəcək.

Xatırladaq ki, kubokun finalında "Barselona" "Real Madrid"i 3:2 hesabı ilə məğlub etmişdi.

Xəbər lenti

Xəbər lenti