Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib.
Trend xəbər verir ki, ilk qarşılaşma Londonda baş tutub.
"Arsenal" doğma meydanda Fransanın PSJ klubunu qəbul edib. Görüşün startında, artıq 4-cü dəqiqədə Usman Dembele qonaqları hesabda önə çıxarıb. Qalan vaxt ərzində hər iki komanda hücumlar etsə də, nəticə dəyişməyib. PSJ cavab görüşünə minimal üstünlüklə yollanır.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə “Barselona” sabah öz meydanında “İnter”i qəbul edəcək.