Bakı. Trend:
"Bayer"in istedadlı yarımmüdafiəçisi Florian Virts Bundesliqada klubunu dəyişə bilər.
Trend xəbər verir ki, bu barədə Fransanın “Foot Mercato” nəşri məlumat yayıb.
Münhenin “Bavariya” klubu 21 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.
Hazırda "Bavariya" və "Bayer" klubları arasında transferin rəsmiləşməsi üçün danışıqlar davam edir.
Xatırladaq ki, bu mövsüm Florian Virts "Bayer"in heyətində 42 rəsmi oyuna çıxaraq 15 qol vurub və 13 məhsuldar ötürmə edib. Gənc yarımmüdafiəçi Almaniyanın ən perspektivli futbolçularından biri hesab olunur.