...

İspaniya Superkuboku-2025-in bütün iştirakçılarının adları dəqiqləşib

İdman Materials 20 May 2025 03:59 (UTC +04:00)
İspaniya Superkuboku-2025-in bütün iştirakçılarının adları dəqiqləşib

Bakı. Trend:

İspaniya Superkuboku-2025-in bütün iştirakçılarının adları dəqiqləşib.

Trend xəbər verir ki, turnirdə La Liqada ilk 4 pillədə qərarlaşan komandalar qarşılaşacaqlar.

Reqlmentə əsasən turnirə ölkə kubokunun finalçıları ilə çempionatda ilk pillələrdə qərarlaşan klublar vəsiqə qazanırlar. Kubokun həlledici matçında qarşılaşan "Barselona" ilə "Real" La Liqada da 1-2-ci yerləri tutublar. Nəticədə mövsümün 3-cü və 4-cü pillədə vuran "Atletiko" və "Atletik" Superkubokda oynamaq hüququ əldə ediblər.

2026-cı ilin yanvarında Səudiyyə Ərəbistanında baş tutacaq turnirin yarımfinalında "Barselona" "Atletik"lə, "Real" isə "Atletiko" ilə qarşılaşacaq.

Qeyd edək ki, İspaniya Superkubokunun son qalibi "Barselona" olub.

Xəbər lenti

Xəbər lenti