Bakı. Trend:
İranın nüvə proqramı ilə bağlı böhranın nizamlanması üzrə ABŞ-İran danışıqlarının beşinci raundu 24-25 may tarixlərində Romada keçirilə bilər.
Trend xəbər verir ki, bu barədə “The Wall Street Journal (WSJ)” öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə danışıqların dörd raundu keçirilib. Birincisi 12 aprel tarixində Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncüsü isə 26 aprel və 11 may tarixlərində yenidən Omanın paytaxtında baş tutub.
Danışıqlarda İranın nümayəndə heyətinə iranlı XİN rəhbəri Abbas Araqçı, ABŞ-ə isə Donald Trampın xüsusi səfiri Stiven Uitkoff başçılıq edir.