Bakı. Trend:
Kanada bəzi ABŞ-dan idxal edilən bəzi mallara gömrük rüsumunu müvəqqəti ləğv edib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Baş naziri Mark Karni məlumat verib. Hökumət başçısı bildirib ki, siyahıda qablaşdırma, sənaye və əczaçılıq məhsulları yer alır.
Bununla belə, hökumət rəsmiləri ABŞ-dan idxal edilən məhsulların 70 faizə qədərinin yüksək vergiyə cəlb olunduğunu da qeyd ediblər.