Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp prostat xərçəngi diaqnozu qoyulan ölkənin keçmiş prezidenti Co Baydenə tezliklə sağalmasını arzulayıb.
Trend-in məlumata görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Melaniya və mən Co Baydenin son tibbi diaqnozundan kədərlənirik. Biz [keçmiş prezidentin həyat yoldaşı] Cill və onun ailəsinə ən səmimi arzularımızı çatdırırıq və Coya tezliklə və uğurlu şəkildə sağalmasını arzu edirik", - deyə o bildirib.
Bundan əvvəl C.Baydenin nümayəndələri ABŞ-nin 46-cı prezidentinə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulduğu ilə bağlı məlumat yayıblar.