...

"Səngəçal" terminalının elektrikləşdirilməsi ilə bağlı investisiya qərarı yekunlaşmaq üzrədir - bp

İqtisadiyyat Materials 19 May 2025 15:04 (UTC +04:00)
"Səngəçal" terminalının elektrikləşdirilməsi ilə bağlı investisiya qərarı yekunlaşmaq üzrədir - bp
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Səngəçal" terminalının elektrikləşdirilməsi ilə bağlı yekun investisiya qərarının verilməsi üzrə işlər yekunlaşmaq üzrədir.

Trend xəbər verir ki, bunu “bp-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, "Şəfəq" günəş elektrik stansiyasında hasil olunacaq elektrik enerjisi Cəbrayılda "Azərenerji"yə satılacaq:

"Onun əvəzində Bakıda "virtual enerji ötürmə" vasitəsilə "Azərenerji" bizə həmin ekvivalentdə enerji verəcək. Bununla da "Səngəçal" terminalının elektrikləşdirilməsi həyata keçiriləcək".

"Hazırda "Səngəçal" terminalının elektrikləşdirilməsi ilə bağlı yekun investisiya qərarının tərəfdaşlarla birgə verilməsi ilə bağlı prosesin son mərhələsindəyik. Bununla da təbii qaza qənaət ediləcək. Ən başlıcası isə atmosferə buraxılacaq emissiyanın miqdarı azaldılacaq", - T. Bayatlı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti