...

Azərbaycan – Macarıstan oyununun biletləri satışa çıxarılıb

İdman Materials 19 May 2025 17:00 (UTC +04:00)
Azərbaycan – Macarıstan oyununun biletləri satışa çıxarılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.

Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər sektorlara görə 2 və 5 manat təşkil edir.

VİP sektoruna biletlərin qiyməti isə 10 manatdır. Biletləri "İtickets" və satış kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, iyunun 10-da “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Macarıstan qarşılaşması saat 20:00-da start götürəcək.

Xəbər lenti

Xəbər lenti