...

Məşhur futbolçunun evi qarət edildi

İdman Materials 19 May 2025 20:28 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın “Lion” klubunun hücumçusu Aleksandr Lyakazettin evi qarət edilib.

Trend xəbər verir ki, hadisə ölkə çempionatının 34-cü turunda baş tutan “Lion” – “Anje” (2:0) matçı zamanı yaşanıb.

Görüş başlayandan təxminən yarım saat sonra iki naməlum şəxs futbolçunun evinə daxil olub.

Oğrular seyfi sındıraraq qızıl-zinət əşyaları, bahalı dəri aksesuarları və pul oğurlayıblar. Ümumi zərərin 10 min avrodan çox olduğu bildirilir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xəbər lenti

Xəbər lenti