Bakı. Trend:
ABŞ birjalarında səhm ticarəti ilə maraqlananlar üçün Yelo
Bank-dan gözlənilən yenilik! Bank müştərilərinə əlavə qazanc
fürsəti yaradır. Belə ki, Yelo App-də artıq Yelo Invest xidməti
aktivdir.
İnvestisiyaya başlamaq üçün müştəri filiala getmədən, lazımi
sənədləşmələri sadəcə Yelo App-də SİMA rəqəmsal imza ilə tam onlayn
həyata keçirə bilər. Bundan sonra isə qeydiyyatdan keçmiş
müştərilər Nvidia, Apple, Google, Tesla, Coca Cola və s. bir çox
tanınmış şirkətlərin səhmlərini həm tam, həm də hissəvi şəkildə
almaq mümkündür. Alınan səhmlərin sayında heç bir məhdudiyyət
yoxdur. Müştərilər Yelo App-də səhm alqı-satqısını həyata keçirə
bilərlər, prosedur Amerika fond bazarının iş saatları (17:30-00:00)
ərzində tamamlanacaq. Həmçinin “premarket” və “aftermarket”
saatları çərçivəsində ABŞ birjalarında sifariş yerləşdirmək
mümkündür. Alış AZN və USD valyutalı Yelo kart və ya Yelo Bank-da
olan aktiv hesab vasitəsilə həyata keçirilir. Alınmış səhmlər real
səhmlərdir, müştərilər həmin şirkətlərin payçısı olurlar. Sadə və
aydın interfeysi sayəsində Yelo App-də portfeli idarə etmək,
dividendləri nəzarətdə saxlamaq çox rahatdır.
Qeyd edək ki, Yelo Invest xidməti “Unicapital İnvestisiya Şirkəti”
ASC (lisenziya №-si 087910) vasitəsilə həyata keçirilir. Unicapital
2007-ci ildən etibarən kapital bazarlarının fəal iştirakçısı, Bakı
Fond Birjasının ilk və ən uzun müddətli üzvüdür. Şirkət həm fiziki,
həm də hüquqi şəxslərə qiymətli kağızlara yatırım, törəmə maliyyə
alətləri ilə ticarət və digər xidmətlər göstərir.
Yaxın zamanlarda Yelo Bank investisiya xidmətinin imkanlarını
genişləndirəcək. Yelo App ilə səhm almaq sadə, rahat və
təhlükəsizdir! Siz də Yelo Invest xidmətindən faydalanıb, əlavə
gəlir qazanmaq üçün Yelo App tətbiqini yükləyin: http://bit.ly/ylnvst.
İnvestisiya
nədir, necə əldə etmək olar və bu kimi başqa suallarınız var? O
zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!