Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 198,093 milyon ABŞ dolları və ya 4,5%, həcm ifadəsində isə 1,3 milyon ton və ya 18,4% çoxdur.
Hesabat dövründə Azərbaycandan İtaliyaya 2,448 milyard ABŞ dolları dəyərində 4,389 milyon ton neft ixrac edilib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Azərbaycanın bu ilin yanvar-aprel aylarında neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik: