...

Tiktini sektorunda qiymət tarifinin olmaması narazılıqlar yaradır - Zahid Oruc

İqtisadiyyat Materials 19 May 2025 16:22 (UTC +04:00)
Tiktini sektorunda qiymət tarifinin olmaması narazılıqlar yaradır - Zahid Oruc
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda tikinti sektorunda vətəndaşlar bildirirlər ki, onların mənzil və torpaq sahələrinin dəyərinin müxtəlif meyarlarla ödənilməlidir. Amma bunun real tarifi və kvotası yoxdur. Bu da narazılıqlara səbəb olur.

Trend xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc "Bakı Şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər" mövzusunda keçirilən konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kimlərsə bu mənzillərin bir kvadratmetri üçün 1 500 manat istəyir:

"Vətəndaşlar bəzən icazəsiz tikilmiş konstruksiyalar, özünə aid olmayan ərazini zəbt edərək yüksək kompensasiya tələb edirlər".

Azərbaycanda əhalinin istifadəsində olan mənzil fondundan millət vəkili bunun böyük hissəsinin özəl sektora aid olduğunu qeyd edib:

"Azərbaycanda əhalinin istifadəsində 208 milyon kvadratmetr mənzil fondu mövcuddur. Bunun böyük hissəsi özəl sektora məxsusdur. Bakıda yenilənməli olan ərazilərin sayı çoxdur və bu da sinxron olaraq bir neçə başqa sahəni özü ilə hərəkət etdirir. Tikinti sektoru 150 minə yaxın insanın çalışdığı, böyük vergilərin ödəndiyi bir sahədir".

Xəbər lenti

Xəbər lenti