...

Azərbaycanda təsirsiz qazların istehsalı artıb

İqtisadiyyat Materials 19 May 2025 16:35 (UTC +04:00)
Azərbaycanda təsirsiz qazların istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 15,1 milyon kubmetr təsirsiz qazlar istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 501,9 min kubmetr və ya 3,4% çoxdur.

Cari ilin mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 79,4 min kubmetr təşkil edib.

Eyni zamanda, 2025-ci ilin ilk 4 ayında ölkədə təqribən 8 milyon kubmetr azot istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41 min kubmetr və ya 0,5% azalma deməkdir.

Bundan başqa, hesabat dövründə Azərbaycanda 10,2 min ton lak-boya məmulatları istehsal edilib. Bu isə 2024-cü ilin yanvar-aprel aylarındakı göstəriciyə nisbətən 1,9 min ton və ya 22,7% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 730,2 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 54,4%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 2,3% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti