...

Əlcəzairdə İslam İnkişaf Bankı Qrupunun İllik toplantısının ilk günü başa çatıb (FOTO)

İqtisadiyyat Materials 19 May 2025 12:00 (UTC +04:00)
Əlcəzairdə İslam İnkişaf Bankı Qrupunun İllik toplantısının ilk günü başa çatıb (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Əlcəzairdə İslam İnkişaf Bankı Qrupunun (İsDB) 2025-ci il İllik toplantısının ilk günü başa çatıb.

Bu barədə Trend-in ölkəyə ezam olunmuş xüsusi müxbiri xəbər verir.

Mayın 22-ə kimi davam edəcək tədbir “İqtisadiyyatın şaxələndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması” şüarı altında keçirilir.

Toplantının ilk günündə IsDB qrupu Şurasının toplantısı, İslam Ölkələri Müşavirləri Federasiyasının Baş Assambleyası (FCIC), IsDB-nin 13-cü İnkişaf Forumu, İslam Ölkələri Podratçılarının Federasiyasının (FOCIC) direktorlar şurasının iclası, həmçinin digər tədbirlər nəzərdə tutulub.

Qeyd edək ki, rəsmi açılış mərasimi 20 may tarixində keçiriləcək.

İllik görüşlər Bankın 57 üzv ölkəsindən maliyyə, iqtisadiyyat, beynəlxalq inkişaf və planlaşdırma nazirlərini bir araya gətirir.

Bu beynəlxalq tədbir aktual çağırışların hərtərəfli müzakirəsi və inkişaf sahəsində praktiki həll yollarının hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Görüşdə aparıcı qlobal inkişaf tərəfdaşlarının, maliyyə institutlarının yüksək vəzifəli nümayəndələri, islam maliyyəsi üzrə ekspertlər, özəl sektor liderləri və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri iştirak edirlər.

Tədbir həm IsDB üzv dövlətlərinin aparıcı KİV-ləri, həm də beynəlxalq nəşrlər tərəfindən geniş işıqlandırılır.

Görüşlər İsDB-nin İdarə heyəti şurası 50-ci sessiyasının keçirilməsi ilə üst-üstə düşür ki, bu da islam maliyyəsinin inkişafı, innovasiyaların tətbiqi və dayanıqlı inkişafa dəstək yolunda mühüm mərhələdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti