...

Azərbaycan-İran birgə hərbi təliminin açılış mərasimi keçirilib (FOTO- VİDEO)

Siyasət Materials 19 May 2025 13:08 (UTC +04:00)
Azərbaycan-İran birgə hərbi təliminin açılış mərasimi keçirilib (FOTO- VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ölkəmizdə keçirilən “Araz-2025” birgə təliminin açılış mərasimi olub.

Trend Müdafiə Nazirliyinə isitnadən xəbər verir ki, əvvəlcə Azərbaycan və İranın təlim rəhbərləri, eləcə də digər yüksək səviyyəli üzvləri Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər.

Ümummilli Lider Heydər Əliyevin, həmçinin hər iki ölkənin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən təlim rəhbərləri iştirakçılara uğurlar arzulayıb, keçirilən birgə təlimin əhəmiyyətini xüsusi vurğulayıblar.

Yüksələn xətlə inkişaf edən Azərbaycan-İran hərbi əməkdaşlığının dərinləşməsində “Araz-2025” birgə təliminin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu təlim ölkələrimiz və onların Silahlı Qüvvələri arasında qarşılıqlı etimadın artırılmasına xidmət edir.
Açılış mərasiminin sonunda hərbi qulluqçular təntənəli marşla tribuna önündən keçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti