...

Rusiyada yeniyetmələr tərəfindən planlaşdırılan teraktın qarşısı alındı

Dünya xəbərləri Materials 19 May 2025 11:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Stavropol şəhərində terror hücumları planlaşdırmaqda şübhəli bilinən 9 nəfəri saxlayıb. Onların arasında yeniyetmələr var.

Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, saxlanılan şəxslər “Qələbə günündə” polis əməkdaşlarına hücumlar planlaşdırıblar. Saxlanılanların hamsının beynəlxalq terror təşkilatı ilə əlaqələri olan Rusiya vətəndaşları olduğu bildirilir.

Məlum olub ki, iştirakçılardan biri – Andropov rayonu sakini olan yeniyetmə – bu il “Telegram” messenceri vasitəsilə kuratorlarla əlaqə quraraq terrorçuların sıralarına qoşulub. Sonradan o, əksəriyyəti yetkinlik yaşına çatmayan daha səkkiz nəfəri təşkilata cəlb edib.

Rusiya FTX planlaşdırılan hücumlar ərəfəsində qrupun ehtimal olunan təşkilatçılarını və digər üzvlərini saxlayıb. Bütün şübhəlilər həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti