...

Azərbaycanda sığortalanan əmanətlər üzrə maksimum faiz dərəcəsi artırıldı (YENİLƏNİB)

İqtisadiyyat Materials 16 Sentyabr 2016 13:08 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sığortalanan manatda əmanətlər üzrə maksimum faiz dərəcəsini 12-dən 15 faizədək artırıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.

ADIF-in icraçı direktoru Azad Cavadov Trend-ə bildirib ki, müvafiq qərar bu gündən qüvvəyə minəcək: "Manatda sığotalanan əmanətlər üzrə maksimum faiz dərəcəsinin artırılması barədə qərarı bu gün səhər saatlarında qəbul etmişik. Bu yalnız milli valyutadakı əmanətlərə aiddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti