...

A-Qroup sığorta haqları yığımında 45% artım nümayiş etdirib

İqtisadiyyat Materials 11 Aprel 2017 10:43 (UTC +04:00)
21 ildən artıq Azərbaycan sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2017-ci ilin birinci rübünə olan nəticələri açıqlayıb.
A-Qroup sığorta haqları yığımında 45% artım nümayiş etdirib

Bakı. Trend:

21 ildən artıq Azərbaycan sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2017-ci ilin birinci rübünə olan nəticələri açıqlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu ilin üç ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 1 621 331.36 AZN təşkil edərək keçən ilki hesabat dövrü ilə müqayisədə 500 443.61 AZN çox olmuşdur və bu da müqayisədə 45 % artım deməkdir.

Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 1 482 094.45 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olub. Kasko üzrə sığorta haqları 22%, əmlak üzrə 33%, səyahət sığortası üzrə isə 6% artıb. Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.

A-Qroup dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti