...

“PwC Azərbaycan” Bakıda keçirilən təhsil simpoziumunun tərəfdaşı olub (FOTO)

İqtisadiyyat Materials 13 İyun 2017 17:43 (UTC +04:00)
"PwC Azərbaycan" ölkədə təhsilin davamlı inkişafı məqsədilə 12-16 iyun tarixlərində Bakıda keçirilən təhsil simpoziumunun tərəfdaşı olub.
“PwC Azərbaycan” Bakıda keçirilən təhsil simpoziumunun tərəfdaşı olub (FOTO)

Bakı. Trend:

"PwC Azərbaycan" ölkədə təhsilin davamlı inkişafı məqsədilə 12-16 iyun tarixlərində Bakıda keçirilən təhsil simpoziumunun tərəfdaşı olub.

Şirkətdən Trend-ə verilən məlumata görə, simpoziumun əsas məqsədi yeni və müasir tədris metodları mövzusunda fikir mübadiləsi aparmaq, habelə yerli və amerikalı ekspertlərin qabaqcıl təcrübəsindən istifadə etməkdir. Təhsilin idarə edilməsi üzrə müxtəlif mərhələlərin təhlili, STEAM təhsil sisteminə yeni yanaşma, aparılmış tədqiqat işlərinin qiymətləndirilməsi, statistika və hesabatlılıq tədbirin əsas müzakirə mövzusu olub.

PwC Azərbaycanın İdarəedici Partnyoru, Mövlan Paşayev öz nitqində Azərbaycanda təhsil siyasətinin formalaşdırılmasında dövlət və özəl sektor arasındakı tərəfdaşlığın rolundan bəhs etmiş və birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, həmçinin qeyd etdi ki, PwC Azərbaycan tərəfindən keçirilən CEO tədqiqatın nəticələri yüksək ixtisaslı kadrların işə götürməsinin biznes üçün əsas prioritetlərdən birinin olduğunu təsdiq etdi.

Korporativ məsuliyyət və biznesin davamlı inkişafı müştərilərimiz, əməkdaşlarımız və fəaliyyət göstərdiyimiz cəmiyyət ilə möhkəm əlaqələrin qurulmasında PwC üçün çox önəmlidir. Korporativ məsuliyyətə qlobal və regional səviyyədə yanaşma biznes strategiyamızın əsas hissəsi sayılır. Biz yüksək keyfiyyətli xidmətlər göstərməyə, biznes etikası qaydalarına riayət etməyə, istedadlı və səriştəli mütəxəssislərin inkişafına dəstək göstərməyə, habelə fəaliyyət göstərdiyimiz sahələrdə yerli cəmiyyətin həyatında iştirak etməyə və dəyişikliklər üçün katalizator olmaqda davam etməyə səy göstəririk.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz buna strategiyadan icrayadək vergi, hüquq, audit və məsləhət xidmətləri sahəsində müştərilərimizi maraqlandıran məsələlərin həllinə yönəldilmiş xidmətlər göstərməklə nail oluruq. PwC Azərbaycanda 6 ölkədən 140-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

PwC təşkilatlara və fiziki şəxslərə qarşıya qoyulmuş məqsədlərinə nail olmaqda köməklik göstərir. PwC dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 223,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələlər haqqında daha ətraflı məlumat üçün: www.pwc.com/az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti