...

Sahibkar: Hollandiya və Türkiyədən pomidor toxumu almırıq, çünki...

İqtisadiyyat Materials 6 Noyabr 2017 21:29 (UTC +04:00)
Azərbaycanda xaricdən gətirilən toxumlarla müqayisədə az məhsuldarlığı olmayan pomidor toxumları yetişdirilir.
Sahibkar: Hollandiya və Türkiyədən pomidor toxumu almırıq, çünki...

Bakı. Samir Əli - Trend:

Azərbaycanda xaricdən gətirilən toxumlarla müqayisədə az məhsuldarlığı olmayan pomidor toxumları yetişdirilir.

Bu barədə Trend-ə açıqlamasında sahibkar Ələkbər Nəsibov məlumat verib.

Onun sözlərinə görə, hazırda Ağdam rayonunda pomidor təsərrüfatı ilə məşğuldur: "Məhsuldarlıq ayrı-ayrı vaxtlarda müxtəlif miqdarda olur. Hər il 2-3 hektar sahədə pomidor əkirəm. Hektara 150 ton məhsul götürürəm. Məhsuldarlıq normaldır. Əvvəllər toxumları Hollandiya və Türkiyədən gətirirdik, Şəki və digər rayonlardan şitillər alıb əkirdik. Amma bir neçə ildir ki, özümüz pomidor toxumu yetişdiririk. Əsasən, Hollandiya sortu olan H-22 sortunu becəririk. Bu toxum əvvəllər Hollandiyadan gətirilsə də, indi buna ehtiyac qalmayıb. Həyətlərimizdə kiçik istixanalar düzəltmişik, Hollandiya və Türkiyə sortları olan pomidorların şitillərini yetişdirib sahələrə əkirik".

Ə.Nəsirov deyib ki, Azərbaycanda yetişdirilən pomidor toxumlarının xaricdən gətirilən toxumlarla fərqi yoxdur: "Məhsuldarlıq da, xəstəliyə davamlılıq da eyni səviyyədədir. Bu prosesdə sahibkarların xərcləri də nicbətən az çıxır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti