...

Gəncədə sahibkarlıqla bağlı treninqlər keçirilib

İqtisadiyyat Materials 15 Noyabr 2017 18:43 (UTC +04:00)
Treninqlər çərçivəsində iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və s. barədə məlumatlandırılıb.
Gəncədə sahibkarlıqla bağlı treninqlər keçirilib

Bakı. Trend:

Gəncədə sahibkarlıqla bağlı treninqlər keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 14-də nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhər 2 saylı peşə liseyində gənclər, noyabrın 15-də isə Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsində əlillər üçün treninqlər keçirilib.

"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və inkişaf fəaliyyətinin genişləndirilməsi məqsədilə keçirilən treninqlər biznes ideya, biznes planların hazırlanması, marketinq və menecment mövzularını əhatə edib.

Treninqlərdə biznes ideyanın həyata keçirilməsi yolları, biznes plan, marketinq sahəsində beynəlxalq təcrübə, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, bazar araşdırmalarının aparılması, menecmentin mahiyyəti və s. barədə əhatəli məlumat verilib.

Tədbirlərdə qadınlar üçün biznes inkubatorların yaradılması təşviq edilib, biznes inkubatorların yaratdığı imkanlardan bəhs olunub.

Treninqlər çərçivəsində iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və s. barədə məlumatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti