...

"AzerGold" Daşkəsəndə əhalinin sosial ehtiyaclarını araşdırıb

İqtisadiyyat Materials 24 Noyabr 2017 14:23 (UTC +04:00)
“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi 23-24 oktyabr tarixlərində Daşkəsən rayonunda sosial ehtiyacların müəyyənləşdirilməsi məqsədilə işə başlayıb.
"AzerGold" Daşkəsəndə əhalinin sosial ehtiyaclarını araşdırıb

Bakı. Trend:

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi 23-24 noyabr tarixlərində Daşkəsən rayonunda sosial ehtiyacların müəyyənləşdirilməsi məqsədilə işə başlayıb.

QSC-dən Trend-ə verilən məlumata görə, Daşkəsən rayon İcra Hakimiyyəti və Bələdiyyəsinin dəstəyi ilə Çovdar filiz emalı sahəsinin yaxınlığında yerləşən Quşçu və Çovdar kəndinin əhalisi ilə keçirilən görüşlər zamanı Komitənin sədri “AzerGold” QSC-nin Hüquq şöbəsinin müdiri Sadiqə Mehdiyeva kənd sakinlərinə “AzerGold” QSC və Komitənin yaranma səbəbləri və məqsədləri haqqında, həmçinin şirkətin sosial siyasəti barədə geniş məlumat verib.

Çıxış zamanı Komitə sədri Cəmiyyətin fəaliyyətinin bu istiqamətinin məhz əhalinin həssas qruplarının ehtiyaclarına uyğun şəkildə qurulmasından, şirkətin sosial siyasətində əsas hədəflərdən biri olan regionların sosial inkişafına töhfələrin verilməsi haqqında bəhs edib.

Daha sonra kənd sakinlərinin sosial problemlərlə bağlı çıxışları və təklifləri dinlənilib. Komitə üzvləri və Daşkəsən rayon İcra Hakimiyyəti nümayəndələri sosial ehtiyacların hərtərəfli araşdırılması üçün kənd sakinləri arasında sorğu keçirib və aztəminatlı ailələrin həyat şəraiti ilə yaxından tanış olmaq məqsədilə onların evlərinə də baş çəkib.

Qeyd edək ki, effektiv korporativ sosial məsuliyyət siyasəti xəttinin qurulması və tətbiq edilməsi “AzerGold” QSC-nin strateji inkişafında əsas prioritetlərdən biri kimi müəyyən edilib. Cəmiyyətin KSM siyasətinin tətbiqinin əsas məqsədi müxtəlif hədəf qruplarına yönəlmiş təşəbbüslər və layihələr vasitəsilə ölkədə sosial və dayanıqlı inkişafa dəstək verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti