...

Sığorta vasitəçiliyi üzrə lisenziya verilməsinə görə attestasiya keçiriləcək

İqtisadiyyat Materials 8 Dekabr 2017 12:57 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün cari ilin 11, 13, 14 və 15 dekabr tarixlərində sığorta şirkətlərində rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər və sığorta agentləri üçün attestasiya keçirəcək.
Sığorta vasitəçiliyi üzrə lisenziya verilməsinə görə attestasiya keçiriləcək

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün cari ilin 11, 13, 14 və 15 dekabr tarixlərində sığorta şirkətlərində rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər və sığorta agentləri üçün attestasiya keçirəcək.

Bu barədə Trend-ə Palatadan məlumat verilib.

“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada 9 nəfər rəhbər şəxsin və 23 nəfər sığorta agentinin iştirakı planlaşdırılır.

Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Attestasiyada iştirak edənlərin siyahısı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti