...

Venesuela öz kriptovalyutasını buraxır - Petro

İqtisadiyyat Materials 31 Yanvar 2018 15:59 (UTC +04:00)
Venesuelada milli kriptovalyutanın satışları fevralın 20-dən başlayacaq
Venesuela öz kriptovalyutasını buraxır - Petro

Bakı. Trend:

Venesuelada milli kriptovalyutanın satışları fevralın 20-dən başlayacaq.

Trend-in məlumatına görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro elan edib.

N.Maduro “petro” adlanan kriptovalyutanın dövriyyəyə daxil edilməsi üçün lazımi sənədləri imzaladağını bildirib.

Qeyd olunur ki, N.Maduro bu ayın əvvəlində 100 milyon ədəd "petro" buraxılması barədə sərəncam verib. Kriptovalyutanın qiyməti Venesuela neftinin bir barreli dəyərində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti