Azərbaycan və Çin şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Azərbaycan və Çin şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində fevralın 6-da Pekində Azərbaycan-Çin biznes-forumu keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AZPROMO, Çinin Kommersiya Nazirliyi və Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə sənaye, tikinti, nəqliyyat, logistika, investisiya, kimya, tekstil və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Biznes-forumda çıxış edən Ş.Mustafayev Azərbaycanın Çinlə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini, əməkdaşlığın bütün sahələrdə genişlənməsində maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan və Çin dövlət başçıları arasında mövcud olan fəal siyasi dialoq ikitərəfli əlaqələrin iqtisadi, humanitar və digər sahələrdə inkişafı üçün möhkəm təməldir. Nazir deyib ki, “Kəmər və Yol” təşəbbüsü çərçivəsində “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi”nin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. 2017-cı ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsinin 43% artaraq 1,2 mlrd. ABŞ dolları təşkil etdiyini, bu ölkəyə ixracın 2,1 dəfə artdığını diqqətə çatdıran iqtisadiyyat naziri ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu deyib. Vurğulanıb ki, dünən Pekində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin açılması ölkələrimiz arasında ticarət həcminin artırılması, investisiya əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli olacaqdır.

2016-cı və 2017-ci illərdə Çinə 3 ixrac missiyası təşkil edilib, Azərbaycan məhsulları Çində keçirilmiş 2 sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunub. Azərbaycan bu il Çində keçiriləcək daha 3 sərgidə iştirak edəcək. Hazırda Şanxay Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində “Azərbaycan Şərab Evi”nin açılmasına dair danışıqlar aparılır. Bundan başqa, Çin iş adamlarının Azərbaycanda qeyri-neft sektoruna sərmayə yatırması üçün geniş imkanlar var. Azərbaycanda Çin investisiyalı 113 şirkətin qeydiyyatdan keçdiyini və bu şirkətlərin tikinti, sənaye, kənd təsərrüfatı, rabitə, xidmət, ticarət və s. sahələr üzrə fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycanın investisiya cəlbediciliyi barədə məlumat verib.

Çin Xalq Respublikasının Kommersiya Nazirliyinin Avrasiya işləri idarəsinin baş direktoru Luo Veidonq ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini və ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Qeyd olunub ki, ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq edir və bu əlaqələrin inkişafı üçün imkanlar genişdir.

Tədbirdə “EXPO-2025” Sərgisinə Bakının namizədliyi ilə bağlı video təqdimat nümayiş olunub.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Nurlan Verdiyev təqdimatlarla çıxış ediblər.

Biznes-forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

Tədbir çərçivəsində Azərbaycanın “AS Group Investment” şirkəti və Çinin “Camce Co Ltd” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Kapital Bank bayram günləri xidmət göstərəcək
Kapital Bank bayram günləri xidmət göstərəcək
Daha bir neçə rayonda “Vətən Bağı” yaradılıb
Daha bir neçə rayonda “Vətən Bağı” yaradılıb
Loading Bars
Xəbər lenti
Bakıda “Mercedes” yanıb
Braziliyada koronavirusdan daha 1 024 nəfər ölüb
Mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq
BMT TŞ Şərqi Qüdsdəki vəziyyətlə əlaqədar iclas keçirəcək
Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmələri üzrə I rübdə lider olub
Gəncədə ikimərtəbəli evdə yanğın olub
Britaniyada koronavirusa daha 1 770 nəfər yoluxub
Ermənistan parlamentində yeni baş nazirin seçilməsi üçün ikinci səsvermə keçiriləcək
Ağcabədidə yol qəzası baş verib, xəsarət alan var
Lavrov bu gün Azərbaycana səfər edəcək
Gədəbəy polisi ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Dünyada ötən sutka koronavirusa 786 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür
Türkiyədə koronavirusdan sağalanların sayı 4,7 milyonu ötüb
Türklərlə düşmənçilik yalnız Ermənistan üçün deyil, bütün bölgə üçün fəlakətdir - Paşinyan
Şimşək çaxıb, arabir yağış yağıb - Faktiki hava
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Misir iyunda Çinin "Sinovac" peyvəndinin istehsalına başlayacaq
Hemilton İspaniya Qran Prisinin qalibi olub
Heydər Əliyev bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş Azərbaycanın möhkəm təməlini qoyub - Rob Sobhani
Azərbaycanın dörd para-taekvandoçusu Tokio-2020-yə lisenziya qazandı (ƏLAVƏ OLUNUB)
Suriya sahillərində tanker partlayıb
Bakıda minik avtomobili dəmir maneəyə çırpılıb, ölən var
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazıb
Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb - Jalə Qaratova
76 il əvvəl faşizm üzərində qələbə çalan babalarımızın davamçıları erməni faşizminin başını əzdi - Könül Nurullayeva
Yarışlardan sonra emosiyalar müsbətdir - Dünya Kubokunda bürünc medal qazanmış Azərbaycan komandası
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)
Ermənistanda Njdenin şəxsiyyətinə pərəstiş nasist Almaniyasında Hitler şəxsiyyətinə pərəstişlə müqayisə oluna bilər - Oleq Kuznetsov
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Gazelli Group şirkəti İkinci Dünya Müharibəsi veteranlarını özünəməxsus şəkildə təbrik edib (FOTO)
Azərbaycanda 1539 nəfər COVID-19-dan sağalıb, 660 nəfər yoluxub
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi keçirilib (FOTO)
Bolqarıstan 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə Dünya Kubokunun qalibi olub
“Suraxanı” gəmi muzeyi 10 may tarixindən vətəndaşların istifadəsinə veriləcək
Ombudsman beynəlxalq təşkilatlara çağırış edib
Bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günündə maraqlı anlar (FOTO)
Bolqarıstan gimnastı Dünya Kubokunda lentlə hərəkətlərdə birinci olub
Faşizm üzərində qazanılan Qələbənin 76-cı ildönümü Beyləqanda qeyd edilib (FOTO)
Zəngilanda əkilən palıd toxumları cücərməyə başlayıb - Nazirlik (FOTO)
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda daha bir qızıl medal qazandı
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)
Azərbaycan komandası 5 topla hərəkətlərdə Dünya Kubokunun bürünc medalını qazanıb
Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib (FOTO)
Azərbaycanın Ermənistanla sərhədində daha bir hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
İtaliyalı gimnast Dünya Kubokunda topla hərəkətlərdə qalib gəlib
Şuşa şəhərində Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda halqa ilə hərəkətlərdə qızıl medal qazanıb
İsveçrə nəşri Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsindən yazır
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər (FOTO/VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günü başlayıb (FOTO)
96 yaşlı müharibə veteranı: Ulu öndər Heydər Əliyevdən gördüyümüz diqqət və qayğını indi Prezident İlham Əliyevdən görürük (VİDEO)
Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir - Əflatun Amaşov
Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Moskvada hərbi parad keçirilir
Mingəçevir Dövlət Universitetində 9 May - Qələbə Gününə həsr olunan konfrans keçirilib
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib (FOTO)
Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib (FOTO)
Azərbaycan Sənaye Korporasiyası ağacəkmə aksiyası keçirib (FOTO)
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib (FOTO)
Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
100-dən çox diaspor könüllüsü və gənci “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
Azərbaycan XİN 9 May Qələbə Günü ilə bağlı bəyanat yayıb
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Liderlik zirvəsini fəth edən Dahi
Bütün xəbərlər