...

BP-də nə qədər Azərbaycan vətəndaşı işləyir? - Şirkətın cavabı

İqtisadiyyat Materials 16 Fevral 2018 12:26 (UTC +04:00)
BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
BP-də nə qədər Azərbaycan vətəndaşı işləyir? - Şirkətın cavabı

Bakı. Trend:

2017-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2448 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Bu barədə Trend-ə "BP Azerbaijan" şirkətindən məlumat verilib.

Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 89%-dən çoxunu təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir. Bundan əlavə, 265 nəfər yerli işçi mövcud layihələr sahəsində çalışır.

BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti