...

Avtonəqliyyat Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 1 May 2018 20:42
Bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib.
Avtonəqliyyat Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Avtonəqliyyat Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov vurğulayıb ki, son illər dövlət başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyası ölkəmizi regionun lider dövlətinə çevirib.

Dünyada baş verən iqtisadi böhranlar fonunda Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı müvafiq tədbirlərin görüldüyü, gömrük orqanlarının da ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verdiyi diqqətə çatdırılıb.

Dövlət başçısı tərəfindən son illər gömrük sahəsində həyata keçirilən islahatların gömrük işinin səmərəli təşkil edilməsilə yanaşı, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, eyni zamanda, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə şərait yaratdığı vurğulanıb.

Baş idarənin rəisi “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn məsələlərin həlli, idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında əlaqələrin səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib.

Sonra görüşdə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında imzalanmış “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb, eləcə də sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti