...

Torpaqların səmərəli istifadəsində peyk nəzarət sistemi qurulur (FOTO)

İqtisadiyyat Materials 7 May 2018 11:43 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Torpaqların səmərəli istifadəsində peyk nəzarət sistemi qurulur (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, çıxış edən Komitə sədri Kərəm Həsənov qeyd edib ki, qarşıdakı hədəfləri açıqlayaraq bildirib ki, dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi genişləndiriləcək, özəlləşdirmənin tam elektronlaşması təmin ediləcək. Həmçinin daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşın xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında prinsipi əsas götürülür. Bundan başqa, torpaqların elektron uçotunun yaradılması və sistemli idarə edilməsi reallaşdırılacaq, ölkədə mükəmməl elektron kadastr uçotunun və torpaqlardan səmərəli istifadə edilməsində peyk nəzarət sistemi qurulacaq. Eləcə də göstərilən bütün xidmətlərin vahid metaməlumat sisteminə inteqrasiyası təmin ediləcək, müasir kadr potensialı formalaşdırmaqla çevik idarəçilik həyata keçiriləcək.

Komitə də dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı, torpaqların elektron uçotunun qurulması, torpaq inzibatçılığı istiqamətindəki görülən işlər və yeni layihələrlə ölkədə aparılan islahatlara öz töhfəsini verib.

Müasir çağırışlar əsasında effektiv torpaq idarəçiliyi istiqamətində mühüm layihələr reallaşdırılır, bu sahədə mütərəqqi texnologiyalar və qabaqcıl beynəlxalq təcrübə tətbiq edilir. Ölkədə ilk dəfə torpaqların elektron kadastr uçotu sistemi yaradılır.

Torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi üçün peyk nəzarət sistemi qurulur. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcək.

Torpaqların keyfiyyətinin müəyyənləşdirilməsinə, münbitliyin operativ qaydada öyrənilməsinə imkan verən yeniliklərdən biri də mobil torpaq laboratoriyalarının istifadəyə verilməsidir. Birbaşa yerlərdə xidmət göstərən mobil laboratoriyaların başlıca məqsədi kəndli və fermerlərə yaxından dəstək olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti