...

"TuranBank"da yeni TƏYİNAT

İqtisadiyyat Materials 10 İyul 2018 16:55 (UTC +04:00)
TuranBankın Müşahidə Şurası və İdarə Heyətinə yeni sədr təyin olunub.
"TuranBank"da yeni TƏYİNAT

Bakı. Trend:

TuranBank-ın Səhmdarlarının Ümumi Yığıncağının (SÜY) 29.06.2018-ci il tarixli qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilib.

Bankdan Trend-ə verilən məlumata görə, İdarə Heyətinin sədri vəzifəsini icra edən Rauf Kazımov Müşahidə Şurasının sədri seçilib, Bankın İdarə Heyəti sədrinin birinci müavini olmuş Fəzail Musayev isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Eyni zamanda, SÜY-nın müvafiq qərarı ilə Bankın İdarə Heyətinin üzvü Orxan Qarayev İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.

Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Fuad Musayev başqa işə keçməsi ilə əlaqədar vəzifəsini tərk edib.

Bankın idarəetmə orqanlarının yenilənmiş tərkibi ilə rəsmi veb səhifəsindən tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti