• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat

Deputat: Fransada imzalanan müqavilələr Prezident İlham Əliyevin xarici iqtisadi siyasətinin növbəti qələbəsidir

23 İyul 2018 12:00 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Fikrət Doluxanov - Trend:

Prezident İlham Əliyevin Fransaya səfəri çərçivəsində imzalanan çoxsaylı müqavilələr dövlət başçısının xarici iqtisadi siyasətinin növbəti qələbəsidir. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Deputat bildirib ki, ermənilərin ən güclü lobbilərindən biri Fransada fəaliyyət göstərir və bu fonda Azərbaycanla Fransa şirkətləri arasında dəyəri iki milyard dollardan artıq olan saziş və müqavilələrin imzalanması əlbəttə ki, böyük uğurdur:

“Fransa iqtisadi gücünə görə Avropa ölkələrinin üçlüyünə daxildir. Fransa şirkətləri Avropada, ümumilikdə dünyada öz sahələrində ən inkişaf etmiş şirkətlərdən hesab olunur. Bu baxımdan imzalanmış saziş və müqavilələr iki ölkəyə bir-birini daha yaxından tanımağa imkan verir. Digər tərəfdən, bu əməkdaşlıq Bakı ilə daha dərin və yaxın əməkdaşlıq etmək istəyən digər Avropa ölkələri üçün bir nümunə olacaq”.

Onun sözlərinə görə, Avropa ölkələri Azərbaycana postsovet məkanının daha sabit ölkəsi kimi böyük inam və etimadla yanaşırlar:

“Azərbaycan daim beynəlxalq arenada qarşısında qoyduğu tapşırıqları yerinə yetirir. Bakı dəfələrlə bunu sübut edib, xüsusilə böyük nəqliyyat-logistika və enerji layihələrinin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bütün dünya Azərbaycanın daimi və etibarlı tərəfdaş tərəfdaş olmasına daha çox inanır”.

R.Quliyev bildirib ki, bunun nəticəsində Azərbaycanın beynəlxalq arenada çəkisi daha da artır:

“Göründüyü kimi, Prezident İlham Əliyevin son görüşləri Azərbaycanın xarici iqtisadi potensialını gücləndirməyə yönəlib. Bu cür iqtisadi uğurlarla Azərbaycan daha böyük siyasi gücə nail olur”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisə səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb, Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Rüfət Quliyev
  • Fransa
  • İlham Əliyev
Digər xəbərlər
Fransız kommersantları tətil səbəbiylə müştəri fəaliyyətində 30% azalma olduğunu bildiriblər
Dünya xəbərləri 7 Dekabr 08:42
Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik
Siyasət 6 Dekabr 12:47
Parisdə etiraz aksiyası zamanı 90 nəfər saxlanılıb
Dünya xəbərləri 6 Dekabr 03:23
Prezident İlham Əliyev: Ümid edirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlar
Siyasət 5 Dekabr 23:59
Azərbaycan Prezidenti: Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır
Siyasət 5 Dekabr 23:47
Prezident İlham Əliyev: Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar
Siyasət 5 Dekabr 23:42
Xəbər lenti
Uqandanın qərbində daşqın qurbanlarının sayı 22-ə çatdı
Dünya xəbərləri 02:55
Keniyada bina çökdü, ölənlər var
Dünya xəbərləri 02:07
Xalq artisti Röya Ayxan “Bakutel-2019” sərgisində italiyalı robotla birgə mahnı oxuyub
Mədəniyyət 01:17
CAR-da mədəndə qəza nəticəsində 4 fəhlə öldü
Dünya xəbərləri 00:32
BVF bu ölkəyə 5,5 milyard dollar kredit verəcək
Dünya xəbərləri 8 Dekabr 23:47
İş yerlərində bu qaydalara əməl edilməlidir - Agentlik
Cəmiyyət 8 Dekabr 23:00
Müsavat mühacir alveri ilə bağlı yaratdığı komissiyada qoyunu qurda tapşırıb - Yafəz Əkrəmoğlu
Gündəm 8 Dekabr 22:31
Lənkəranda zəlzələ olub
Hadisə 8 Dekabr 22:07
Litvada idman təyyarəsi qəzaya uğrayıb, ölənlər var
Dünya xəbərləri 8 Dekabr 21:36
Ən çox oxunanlar
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Nəzər nöqtəsi
650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)

650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)

Almaniyada "mühacir alveri" işinә görә hәbsdәn vә ifadә vermәkdәn yayınmaq üçün özünü dәliliyә vuranlar var - Yafəz Əkrəmoğlu
Deputat: 650 min ağac əkilməsi təşəbbüsü xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri