...

"Azərbaycan" İES-də əsaslı təmir-quraşdırma işlərinə 48 milyon manat ayrılıb

İqtisadiyyat Materials 30 Oktyabr 2018 18:15 (UTC +04:00)
"Azərbaycan" İES-də əsaslı təmir-quraşdırma işlərinə 48 milyon manat ayrılıb.
"Azərbaycan" İES-də əsaslı təmir-quraşdırma işlərinə 48 milyon manat ayrılıb

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchiz olunmasında və ölkənin elektrik enerjisi sistemində xüsusi yer tutan “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması, infrastrukturunun təkmilləşdirilməsi, “Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti