...

UNEC-in tələbələri və məzunu Avropa Parlamentində təcrübə keçəcək (FOTO)

İqtisadiyyat Materials 29 Noyabr 2018 12:14 (UTC +04:00)
UNEC-in məzun və tələbələri Gənclər Fondunun Avropa Parlamentinin (Brüssel) təcrübə proqramı üzrə keçirdiyi müsabiqənin qalibi olub.
UNEC-in tələbələri və məzunu Avropa Parlamentində təcrübə keçəcək (FOTO)

Bakı. Trend:

UNEC-in məzun və tələbələri Gənclər Fondunun Avropa Parlamentinin (Brüssel) təcrübə proqramı üzrə keçirdiyi müsabiqənin qalibi olub.

Trend-in məlumatına görə, Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqədə ölkənin müxtəlif ali təhsil müəssisəsindən 201 tələbə iştirak edib. Qaliblər sənədlərin ekspertizası və müsahibələr əsasında müəyyən olunub. UNEC-in 3 tələbəsi və bir məzunu müsabiqənin qalibi olaraq Avropa Parlamentində təcrübə hüququ qazanıb. Müsabiqə qaliblərinin sayına görə universitetlər arasında UNEC birinci yerdədir.

Qalibləri təqdim edirik:

1. Xəyal Məmmədli - SABAH mərkəzi, marketinq ixtisası, 4-cü kurs;

2. Emiliya Bayramova - Rus İqtisad Məktəbi, beynəlxalq münasibətlər ixtisası, 3-cü kurs;

3. Yunis Şərifli - Türk Dünyası İqtisadiyyat Fakültəsi, beynəlxalq münasibətlər ixtisası, 3-cü kurs.

4. Fərid Fərəcov – UNEC-in məzunu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti