Bakı. Samir Əli - Trend:
Bakıda 64 ("Neftçilər" metrostansiyası-Yeni Günəşli) və 81 saylı (Köhnə Günəşli-Qaraçuxur) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti yeni avtobuslarla təşkil edilib.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O bildirib ki, qarşıdakı aylarda digər, xüsusən də sərnişinlərin daha çox narazı qaldığı marşrut xətləri üzrə də analoji addımlar atılacaq.