...

Ötən il 142 - Çağrı mərkəzi tərəfindən 160 374 müraciət cavablandırılıb

İqtisadiyyat Materials 7 Yanvar 2019 09:46 (UTC +04:00)
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə 160 374 müraciət daxil olub.
Ötən il 142 - Çağrı mərkəzi tərəfindən 160 374 müraciət cavablandırılıb

Bakı. Trend:

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə 160 374 müraciət daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlərin 96 faizi əsasən sosial təminat növləri, əmək qanunvericiliyinin tətbiqi, sosial sığorta münasibətləri, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma qaydaları, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı sorğulardan ibarət olub. Müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib.

Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlar məlumatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti