...

”Pərakəndə bankçılıq xidmətləri üzrə” ilin bankı adını "Bank Respublika" qazandı

İqtisadiyyat Materials 13 Mart 2019 11:00 (UTC +04:00)

Bakı. Trend:

Martın 11-də Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən Navigator.az regional biznes portalı “Navigator Business Award” mükafatının qaliblərinin adını açıqlayıb.

Qeyd edək ki, mükafat Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən 26 mindən çox şirkəti əhatə edib.

“Pərakəndə bankçılıq xidmətləri üzrə İlin Bankı” nominasiyasında qalib - "Bank Respublika" seçilib.

Bank bu mükafata, keçirlən araşdırmanın nəticələrinə əsasən, il ərzində müştərilərə təqdim edilən ən müasir və keyfiyyətli bank xidmətlərinə görə layiq görülüb.

“Ölkənin aparıcı banklarından biri kimi, Bank Respublika müasir texnologiyaları tətbiq etməklə müştərilərinə daim müasir və keyfiyyətli xidmətlər göstərməyə çalışır. Müştəriləri və tərəfdaşlarının istəklərinə önəm verən bir Bank olaraq, aldığımız bu mükafat bizi daha böyük nailiyyətlər və davamlı uğurlar əldə etməyə ruhlandırır”.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti