Bakı. Elnur Bağışov - Trend:
Leysan yağışlar və daşqınlar İranın balıqyetişdirmə müəssisələrinə ümumilikdə 4 trilyon rial (təxminən 95 milyon dollar) ziyan vurub.
Trend-in məlumatına görə, bunu İranın Balıqçılıq Təşkilatının su canlılarının yetişdirilməsi üzrə sədr müavini Hüseyn Abdullahi deyib.
H.Abdullahinin sözlərinə görə, 3 min ton balıq məhv olub.
Təşkilat rəsmisi əlavə edib ki, İranın Kənd Təsərrüfatı Nazirliyində məsələ ilə bağlı tədbirlər görülüb və dəyən ziyanla bağlı qısa müddət ərzində kompensasiya ödəniləcək.
Balıqyetişdirmə müəssisələrinin ehtiyac duyduğu balıq yeminin ölkə daxilində istehsal olunduğunu deyən H.Abdullahi əlavə istehsalın qonşu ölkələrə ixrac edildiyini bildirib.