...

Azərbaycan silahları beynəlxalq sərgidə nümayiş olunur (FOTO)

İqtisadiyyat Materials 30 Aprel 2019 16:43 (UTC +04:00)
Azərbaycan “IDEF-2019” sərgisində təmsil olunur.
Azərbaycan silahları beynəlxalq sərgidə nümayiş olunur (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Azərbaycan “IDEF-2019” sərgisində təmsil olunur.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olan “IDEF-2019” XIV Beynəlxalq müdafiə sənayesi sərgisinə 53 ölkədən 1061 şirkət və 500-dən çox rəsmi nümayəndə heyəti qatılıb.

Açılışda müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak edib.

“IDEF-2019” sərgisində milli paviliyonla təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər hərbi təyinatlı məhsullar tədbirin ilk günü ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirə qatılan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər güc qurumlarının nümayəndələri Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib və nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.

Sərgi çərçivəsində nazir müavini Y.Musayevin dost və müttəfiq ölkələrin rəsmi nümayəndə heyətləri, habelə bu sektorda fəaliyyət göstərən aparıcı firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.

Sərgi işini mayın 3-dək davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti