...

PAŞA Bank-dan POS-terminalların onlayn sifarişi – rahat, sürətli və sərfəli!

İqtisadiyyat Materials 10 Oktyabr 2019 11:27 (UTC +04:00)
PAŞA Bank-dan POS-terminalların onlayn sifarişi – rahat, sürətli və sərfəli!
PAŞA Bank-dan POS-terminalların onlayn sifarişi – rahat, sürətli və sərfəli!

Bakı. Trend:

Ticarət, iaşə və digər xidmət sahələrində fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar üçün POS-terminalların sifarişi və bununla bağlı bütün lazımi sənədlərin onlayn rejimdə tərtib edilməsi kimi unikal imkan təqdim olunur. Əgər öncə sahibkarlar POS terminalın alınması ilə bağlı sifarişin verilməsi üçün Bankın filialına gələrək bütün sənədlərin imzalanmasına vaxt sərf edirdilərsə, artıq bu əməliyyat üçün sahibkarın Banka gəlməsi tələb olunmur, prosesin özü isə bir neçə gün ərzində tamamlanır və Müştəri POS terminalı əldə edir.

POS terminalların onlayn sifarişi ilə yanaşı, digər üstünlük də ondan ibarətdir ki, avadanlıq pulsuz təqdim olunur, depozitin yerləşdirilməsi tələb olunmur. POS-terminaldan istifadəyə görə yalnız ekvayrinq dövriyyəsi üzrə komissiya ödənilir.

PAŞA Bankın təqdim etdiyi müasir ekvayrinq həllərinin bütün üstünlüklərindən yararlanmaqla sahibkarlar öz resurs və xərclərini optimallaşdıra, dövriyyə vəsaitlərini artıra və qənaət etdikləri vaxtlarını biznesin inkişafına sərf edə biləcəklər.

PAŞA Bank tərəfindən ölkədə nağdsız ödənişlərin dəstəklənməsi, o cümlədən iqtisadi fəaliyyət göstərən hüquqi şəxslərin və fərdi sahibkarların elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə qəbul edilməsi, POS-terminalların beynəlxalq standartlara uyğun tətbiqi işinə dəstək vermək məqsədi ilə təqdim etdiyi POS terminalın onlayn sifarişi xidmətindən faydalanmaq üçün aşağıdakı keçidə daxil olun: https://pashabank.digital/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti