...

Dövlət Neft Fondunda yeni TƏYİNAT

İqtisadiyyat Materials 3 Mart 2020 12:25 (UTC +04:00)
R.Cavadov 2014-cü ildən hazırkı tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb
Dövlət Neft Fondunda yeni TƏYİNAT

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 mart 2020-ci il tarixli 1871 nömrəli Sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Trend-in məlumatına görə, R.Cavadov 2014-cü ildən hazırkı tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.

ARDNF-nin İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda ABŞ-ın Klark universitetində maliyyə üzrə magistr dərəcəsi alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti