...

Elman Rüstəmov: Bağlanan banklarda qorunan əmanətlər 680 milyon manatdır

İqtisadiyyat Materials 1 İyun 2020 16:20 (UTC +04:00)
Elman Rüstəmov: Bağlanan banklarda qorunan əmanətlər 680 milyon manatdır

Bağlanan 4 bankda - “Ata Bank”, “Amrahbank”, “AG Bank” və “NBC Bank” qorunan əmanətlər 680 milyon manatdır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

E.Rüstəmov bildirib ki, 683 milyon manatlıq əmanətin 680 milyonu qorunan əmanətlərdir. Bu məbləğin 200 milyon manatı Əmanətlərin Sığortalanması Fondunun vəsaitləri hesabına, 480 milyon manatı isə Mərkəzi Bankdan dövlət zəmanəti ilə kredit şəklində veriləcək. Bununla bağlı Maliyyə Nazirliyinə müraciət edilib və qısa müddətdə məsələ həllini tapacaq"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti